“Qatarların intervalının qısaldılması üçün nə mümkün variantlar varsa, biz onları tətbiq edirik. Bu gün “Koroğlu” metro stansiyası ən çox istifadəçisi olan stansiyamızıdır. Baxmayaraq ki, həmin ərazidə nəqliyyat qovşağı da yerləşir, amma bu stansiyamız son 5 ildə sərnişindaşımada lideridir. Bundan əlavə “28 May”, “Elmlər Akademiyası” və digər stansiyalarımız sərnişindaşımada xüsusi rol oynayır.
Bizim.Media xəbər verir ki, bunu “trend.az”a müsahibəsində “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda “Həzi Aslanov”la “28 May” arasında qatarlar 2 dəqiqəlik intervalla hərəkət edir:
"Günorta saatlarında “Dərnəgül” istiqamətində 13:18-də bir ehtiyat qatarı xəttə buraxırıq ki, sıxlığı maksimum nizamlaya bilək. Bu üsul kifayət qədər effekt verib. Müntəzəm olaraq monitorinqlər aparırıq və maksimum çıxış yolları tapmağa çalışırıq. Təəssüf ki, bu gün hazırkı qrafikdə daha az interval tətbiq etmək mümkün deyil. Xüsusən depomuzun xəttin ortasında yerləşməsi qrafikə dəyişiklik edilməsi baxımından ciddi problem yaradır.
Sıxlığın aradan qaldırılması istiqamətində “28 May” stansiyasında xətlərin ayrılması və bundan irəli gələn digər məsələlər, ümumilikdə isə xətlərin uzadılması vacibdir.
Hətta bəzən bildirirlər ki, qatarlarda vaqonların sayı artırılsın. Təəssüf ki, bu da texniki cəhətdən mümkün deyil, çünki bizim platformaların uzunluğu qısadır, bu mümkün deyil. Yəni vaqon sayından asılı olmayaraq, intervalları azaltmaq, daha çox vaqonlu qatarlara keçmək mümkün deyil”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 04.11.2023
“Qatarlar arasında intervalı azaltmaq mümkün deyil” – Bakı Metropoliteni
Hazırda oxunan: “Qatarlar arasında intervalı azaltmaq mümkün deyil” – Bakı Metropoliteni
Hazırda oxunan: “Qatarlar arasında intervalı azaltmaq mümkün deyil” – Bakı Metropoliteni
162902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.