“Zəfər səninlədir, Azərbaycan” adlı tədbir keçirildi – FOTO  

“Zəfər səninlədir, Azərbaycan” adlı tədbir keçirildi – FOTO  

Hazırda oxunan: “Zəfər səninlədir, Azərbaycan” adlı tədbir keçirildi – FOTO  

162899

Bakı şəhəri Rövşən Nəsirov adına 111 saylı orta məktəbdə “Zəfər səninlədir, Azərbaycan” adlı tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir məktəbin müəllim və şagirdlərinin ifa etdiyi "Zəfər marşı" mahnısı ilə davam edib.  

Tədbir boyunca məktəbin şagirdləri, eləcə də müəllimləri tərəfindən təqdim olunan vətənpərvər mövzulu şeir və musiqi nömrələri, rəqslər maraqla izlənilib. 

"Qarabag Əlillərinə Qaygı" İctimai Birliyinin sədri Firudin Məmmədov vətənpərvərlik ruhu aşılayan, milli ruhu yüksəldən bir-birindən maraqlı təqdimatlara və yüksək səviyyəli tədbirə görə məktəb rəhbərliyinə və şagirdlərə təşəkkür edib. 

Tədbirdə Nəsimi rayonu 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova, 240 nömrəli məktəbin direktoru Esmira Məmmədova, Nəsimi rayon İH-nin əməkdaşı Sərxan Məmmədov, o cümlədən valideynlər iştirak ediblər. 
Sonda məktəbin direktoru Jalə Hacıyeva və digər çıxışçılar tədbirin qürurverici anlarını, bayram sevincini hər kəsə yaşadan iştirakçılara öz minnətdarlıqlarını bildiriblər. 














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO