Mədəniyyət Nazirliyində YENİ TƏYİNAT  

Mədəniyyət Nazirliyində YENİ TƏYİNAT  

Hazırda oxunan: Mədəniyyət Nazirliyində YENİ TƏYİNAT  

162898

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyinatı olub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, nazir Adil Kərimlinin müvafiq əmrinə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Əlifəttah qızı Kərimova şöbənin müdiri vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Sevil Kərimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. 

O, Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Turizm və Menecment Universiteti, ADRA və ADMİU-da pedaqoji fəaliyyət göstərib. 

2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Sənətşünaslıq və Memarlıq üzrə Ekspert şurasının sədr müavini olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO