Balakəndə QƏZA: ölən və yaralanan var

Balakəndə QƏZA: ölən və yaralanan var

Hazırda oxunan: Balakəndə QƏZA: ölən və yaralanan var

162822

Balakəndə bir ailənin üç üzvü qəzaya düşüb, qardaş ölüb 

Balakəndə minik avtomobilinin traktorun qoşqusuna çırpılması nəticəsində yol -nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol-nəqliyat hadisəsi nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri isə xəstəxanaya çatdırılıb.

Yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistralının Balakənin Katex kəndindən keçən hissəsində baş verib. Belə ki, rayon sakini 29 yaşlı Şaban Çalabov idarə etdiyi “Mitsubishi” markalı avtomobilin idarətetməni itirməsi nəticəsində yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb.  

Bu zaman sürücü Şaban Çalabov ciddi xəsarət almasa da onun 28 yaşlı qardaşı Əli Çalabov aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Maşındakı digər sərnişin, 63 yaşlı Rəcəb Çalabov isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığından hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. 
Daha sonra Rəcəb Çalabov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, qəzanın təfərrüatları araşdırılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO