Paytaxt sakini Masallıda külli miqdarda narkotiklə TUTULDU - FOTO

Paytaxt sakini Masallıda külli miqdarda narkotiklə TUTULDU - FOTO

Hazırda oxunan: Paytaxt sakini Masallıda külli miqdarda narkotiklə TUTULDU - FOTO

162797

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və xuliqanlıq əməlinə görə məhkum olunmuş Nadir Dadaşov idarə etdiyi "Land Cruiser" markalı avtomobillə saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda heroin, əlavə olaraq metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı araşdırma aparılır. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO