Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir?

Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir?

Hazırda oxunan: Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir?

162708

Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub. “Ferrari California T” modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.   

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qəzaya düşən “Ferrari” Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “Ferrari” ilə “Prius” toqquşdu - VİDEO


Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət nişanlı “Ferrari”ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir. 

Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO