Antiterror tədbirlərində şəhid olan Sərxan Köklərovun 40 MƏRASİMİ – FOTO  

Antiterror tədbirlərində şəhid olan Sərxan Köklərovun 40 MƏRASİMİ – FOTO  

Hazırda oxunan: Antiterror tədbirlərində şəhid olan Sərxan Köklərovun 40 MƏRASİMİ – FOTO  

162696

Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Sərxan Köklərov doğulduğu Balakən rayonunda anılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasim iştirakçıları öncə şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. 

Anım mərasimində bildirilib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. 
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik Vətən həsrətinə son qoyulub.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın kapitulyasiya Aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edib. Bu tədbirlərlə cəmi 23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. 

Qeyd edilib ki, qalib Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızı ucaltmasını xalqımız iftixar və qürur hissi ilə izləyib.
Daha sonra açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO