Nəcməddin Sadıkovla bağlı araşdırmalara BAŞLANILDI 

Nəcməddin Sadıkovla bağlı araşdırmalara BAŞLANILDI 

Hazırda oxunan: Nəcməddin Sadıkovla bağlı araşdırmalara BAŞLANILDI 

162580

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb.  

Onlarla bağlı istintaq orqanında araşdırma aparılır. İttiham olunan şəxslərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar. 
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. 

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO