Məhkəmə Arif Hacılının oğlu barədə QƏRAR VERDİ 

Məhkəmə Arif Hacılının oğlu barədə QƏRAR VERDİ 

Hazırda oxunan: Məhkəmə Arif Hacılının oğlu barədə QƏRAR VERDİ 

162568

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı məhkəmə qarşısına çıxarılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, prokuror onun barəsində ibtidai istintaq dövrü müddətində həbs qərarı verilməsini istəyib. 

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, O.Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, O.Hacılıya qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan olunub. 
Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO