Hərbçimiz Çində mükafatlandırıldı – FOTO  

Hərbçimiz Çində mükafatlandırıldı – FOTO  

Hazırda oxunan: Hərbçimiz Çində mükafatlandırıldı – FOTO  

162543

Çin Xalq Respublikasında keçirilən "Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq"da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib. 

Azərbaycan Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib. 

36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO