Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Admnistrasiyasına və digər aidi dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video"cinayətkarlığına aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıblar.
Pənah Hüseynin Musavat.com-a verdiyi açıqlamaya görə, müraciətə cavab olaraq bildirilib ki, bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət iqridar münasibətlərinin normallaşması və taməhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edirlır:
MÖVZU İLƏ BAĞLI:
Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır? – Olayın pərdəarxası
"Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyədə tapşırıq verilmişdir və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb bu barədə ictimaiyyətə məlumat veriləcəkdir".
Daha sonra P.Hüseyn deyib ki, aparılan təhqiqat, ekspertiza göstərir ki, informasiya kirliliyi nəticəsində yaranan ilkin təəssüratlar yanlışdır, videodakı şəxslərin ümumiyyətlə C. Həsənlinin ailə üzvü ilə əlaqəsi olmadığı, "tamaşa" olduğu versiyası yəqinlik qazanmaqdadır:
"C.Həsənlənin ailə üzvü də bu barədə açıqlama verərək vidieodakı şəxslərin ona aidiyyatı olmadığını bildirmişdir.
Heç şübhəsiz məsələyə cinayətin üstünün açılması və konkret təqsirkarların tapılıb cəzalandırılması nöqtə qoya bilər. Nəzərə alınmalıdır ki, bu məsələ artıq təkcə ayrı- ayrı fərdlərin yox, həm də dövlətin şərəf məsələsidir".
Bizim.Media