Tozlu hava ilə bağlı XƏBƏRDARLIQ – Hansı xəstələrin maskadan istifadəsi ZƏRURİDİR?

Tozlu hava ilə bağlı XƏBƏRDARLIQ – Hansı xəstələrin maskadan istifadəsi ZƏRURİDİR?

Hazırda oxunan: Tozlu hava ilə bağlı XƏBƏRDARLIQ – Hansı xəstələrin maskadan istifadəsi ZƏRURİDİR?

162458

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərindəki mövcud çirkli hava şəraiti ilə bağlı məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.3, dəm qazı 1.5, azot-4 oksid 1.3, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3 dəfə normadan yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir. 

Bu durum insan orqanizmində hansı fəsadlar yaradır? 

Mövzu ilə bağlı suallarımızı cavablandıran tibb üzrə fəlsəfə doktoru, terapevt-həkim Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, daha çox böyük şəhərlərdə ekoloji çirklənmə bütün canlılara, əsasən də insan orqanizminə mənfi təsir edir. 

“Ürək-damar və digər xəstəkilərin yayılmasının əsas səbəbləri ekoloji çirklənmədir”

Bunun da havada oksigenin azalması ilə bağlı olduğunu söyləyən həkimin sözlərinə görə, bunun nəticəsində də qazların nisbəti dəyişir: 

“Bu hava ilə nəfəs alan insanların yuxarı tənəffüs yollarının zədələnməsi və bu kimi patoloji halları baş verir. Havanın çirklənməsi bədənə daxil olan oksigenin miqdarını azaltmaqla yanaşı, qanda olan qazların nisbətini və toxumalarda mühit reaksiyasını dəyişir, immunitetin zəifləməsinə, bədəndəki toksinlərin artmasına səbəb olur. Bunlar da öz növbəsində süstlük, yorğunluq, baş ağrıları kimi patoloji xəstəliklərə səbəb olur”.  

Müsahibimiz, son vaxtlar ürək-damar sistemi xəstəlikləri ilə bağlı müracət edənlərin sayının artmasının təsadüfi olmadığını diqqətə çatdırıb:  

“O cümlədən allergik və digər dəri, eləcə də hipertoniya, ürək-qan-damar, şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanların sayında da kəskin artım var. Atmosferin tozlanmadan başqa digər müxtəlif çirklənmə vasitələri də mövcuddur. Belə ki, hazırda yaxın və uzaq ətrafımızda müharibələr gedir, hər gün silah-sursat və bombalar partlayır ki, bunların hamısı atmosferin müxtəlif fəzalarına yayılır”. 

Həkim belə havadan qorunmağın yollarını da açıqlayıb: 

“Əsasən də meşəlik və bitki örtüyü çox olan ərazilərdə gəzmək lazımdır. Meteohəssas və digər risk qrupuna daxil olan şəxslər belə havada vaxt keçirməkdən çəkinməlidirlər. Bronxial astma və allergik reaksiyaların olan uşaqların da həm inkişafına mənfi təsir edir, həm də bronxial və yuxarı tənəffüs yollarında əmələ gələn patologiyalara səbəb olur. Bunun üçün də maskaan istifadə etmək tövsiyə olunur. 

Sinir sistemi xəstələri belə havada qapalı rejimdə qalmalıdır

Qeyd edək ki, ETSN açıqlamasında, dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasının əsas səbəblərini də diqqətə çatdırıb və bildirib ki, nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır. 

Professorunun bununla bağlı mövqeyi belə oldu ki, sənaye müəssisələri istehsalla məşğul olduğu zaman istifadə olunan texniki proseslər nəticəsində yaranan yarana tozları atmosferə buraxırlar:

“Harada insan faktoru varsa, orada atmosferin çirklənməsi mümkündür. Belə ki, böyük şəhərlərdə həmişə avtomobillərdən çox istifadə olunur ki, bu da sıxlığa gətirib çıxarır. Yəni, avtomobillərdən buraxılan qazlar havada çirkli və neqativ tozların artması üçün münbit şərait yaradır. Bunun nəticəsində də iqlimin strukturlarında insan üçün zərəli qaz elementləri əmələ gəlir. Bu da bilavasitə tənəffüs vasitəsi ilə orqanizmə daxil olur və digər xəstəliklərə yol açır. 
Eləcə də mərkəzi və perferik sinir sistemlərinə zədələyici təsir edir. 

Endoklin və şəkər xəstələri belə havada gepoksinə məruz qalırlar. Uşaqlara isə daha tez və sürətlə təsir edir ki, bunun da nəticəsində onlarda iştahsızlıq yaranır.

Ona görə ki beyinlərinə kifayət qədər oksigen çatmır. Bu da beyin funksiyalarını normal formalaşdıra bilmir, fizioloji proseslərin normal istiqamətini pozur və onların inkişafında bəzi qüsurlar yaradır, ümumi yorğunluq, baş ağrıları, oynaq sistemlərində və əzəzlələrdə süstlük halları yaranır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO