Qarabağda İqtisad Universitetinin filialı yaradılsın - TƏKLİF

Qarabağda İqtisad Universitetinin filialı yaradılsın - TƏKLİF

Hazırda oxunan: Qarabağda İqtisad Universitetinin filialı yaradılsın - TƏKLİF

162450

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təkcə Azərbaycan tarixində deyil, bütün Türk dünyası tarixində böyük Zəfərə imza atıldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ 30 illik erməni işğalından azad edildi. Biz Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) olaraq, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin reallaşdırılmasına, Qarabağın bərpasına töhfə vermək məqsədilə Qarabağda UNEC-in filialının açılmasını təklif edirik.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində UNEC-in rektoru professor Ədalət Muradov söyləyib.

Rektor qeyd edib ki, hazırda UNEC-in Zaqatalada, eyni zamanda, Rusiya Federasiyasının Dərbənd şəhərində filialları fəaliyyət göstərir:

"Filialların yaradılması və idarəedilməsi ilə bağlı İqtisad Universitetinin zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu təcrübəni nəzərə alaraq, UNEC Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO