Bu qurumlar AzTV-nin əlindən alındı

Bu qurumlar AzTV-nin əlindən alındı

Hazırda oxunan: Bu qurumlar AzTV-nin əlindən alındı

162432

Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında qərar verib.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.

Həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.
Mədəniyyət Nazirliyi və Maliyyə Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə almalı və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO