“Təhsil Nazirliyi və DİM abituriyentlərin talelərinə laqeyddir” – Ekspertdən sərt TƏNQİD

“Təhsil Nazirliyi və DİM abituriyentlərin talelərinə laqeyddir” – Ekspertdən sərt TƏNQİD

Hazırda oxunan: “Təhsil Nazirliyi və DİM abituriyentlərin talelərinə laqeyddir” – Ekspertdən sərt TƏNQİD

16242

“COVID-19 bəzi direktorların gəlirinə ciddi şəkildə təsir göstərib. Düzdür, indi də müəyyən məlumatlar var ki, onlayn-distant dərslərdə iştirak etməməsi üçün "razılıq" tələb edənlər var, amma kütləvi deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Facebook” hesabında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu univeritetlərin diplomları tanınmır — SİYAHI


O yazıb ki, bu il orta məktəbi bitirən 11-ci sinif şagirdləri tarixi an yaşayacaqlar:

“Onlar məktəbə getmədən məzun olacaqlar. Əslində bu əvvəlki dövrdə bir çox məktəbdə qeyri rəsmi də olsa, belə idi. Yəni şagirdlərin valideyni direktorla "razılıq" əldə edirdi və şagird məktəbə ancaq KSQ, BSQ yazmaq lazım olanda gedirdi.

Özü Bakıda oxuyub adı rayon, məcburi köçkün məktəbində gedən şagirdlər var idi ki, onlar ümumiyyətlə getmirdilər. Amma pandemiya dövründə məktəb olmadığı üçün 1 ildir bu proses dayanıb”. 


Ekspertin sözlərinə görə, 15 apreldən məktəbə ayaq qoymayan şagirdlər təhsil ocağını bitirmək üçün buraxılış imtahanı verəcəklər:
 

“Niyə dərslər onlayn-distant qaydada keçirildiyi halda, imtahanı ənənəvi keçiririk? Bilirəm, hamı deyəcək ki, köçürmə halları olacaq və ya hamının texniki imkanları yoxdur.


Bunlar həll oluna bilən problemlərdir. İkincisi, 15 gün sonra buraxılış imtahanı var, amma elektron ərizə qəbulu başlamayıb. Düzdür, şagirdlərin şəxsi məlumatları məktəb tərəfindən sistemə daxil edilir, amma burada da problemlər var. Artıq aprel ayı başlayır, amma DİM hələ də elektron ərizə qəbuluna start verməyib. Bu gecikmə şagirdlərin psixoloji gərginlik yaşamalarına gətirib çıxarır”. 

Ekspertin fikrincə, yeniyetmələr üçün qəbul imtahanı ilə bağlı ən kiçik detal belə həssas dövrlərində gərginliyə səbəb olur:

“Çox təəssüflər olsun ki, Təhsil Nazirliyi ümumiyyətlə bu proseslərdən kənardadır. Yəni qəbul və buraxılış imtahanı ilə bağlı hörmətli Təhsil Nazirliyi heç vaxt mövqeyini nümayiş etdirmir. Deyirlər ki, DİM bizimlə razılaşdırılmış qaydada imtahanlar barədə qərar qəbul edir. Hər kəs bilir ki, DİM üçün Təhsil Nazirliyinin təsdiqi formal xarakter daşıyır.
 

Yəni onsuz da nazirlikdə bu prosesləri bilən yoxdur və hansı layihə təqdim edilsə, təsdiq olunacaq. Qısası, bizi çətin dövr gözləyir. 


Ümumiyyətlə, bu il həm Təhsil Nazirliyi, həm də DİM şagirdlərin və abituriyentlərin talelərinə laqeyd münasibət göstərir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO