Ölkə əhalisinin yarıdan çoxu hesab edir ki, artıq regionda yeni dövr- sülh erası başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir? – SORĞU
Məlumatda bildirilir ki, Cənubi Qafqazda yeni eranın, sülh dövrünün başlaması ilə bağlı ictimai gözləntiləri öyrənmək məqsədilə STM növbəti sorğuları keçirib.
Bu məqsədlə vətəndaşlara “Regionda artıq yeni dövr – sülh erası başlayır” fikri ilə nə dərəcədə razısınız?” sualı ünvanlanıb.
Sorğu nəticəsində respondentlərin böyük əksəriyyətinin bu və ya digər dərəcədə regionda yeni sülh dönəminin başladığı mövqeyində olduğu müəyyən edilib.
Belə ki, iştirakçıların 59,4%-i sülh dövrünün başlaması fikri ilə tam, hər üç nəfərdən biri, yəni 31,5%-i əsasən razı olduğunu qeyd edib.
Respondentlərin 5,7%-i bu fikirlə əsasən, 2,3%-i isə heç razılaşmayıb. 1,0%-i fikir bildirməkdə çətinlik çəkib.
Surxay Atakişiyev, Bizim.Media