Meşəli kəndində qətliam törətmiş Vaqif Xaçatryanla zərərçəkmiş arasında mübahisə yaşanıb.
Bizim.Media xəbər verir ki, Xaçatryan haqqında səsləndirilən iddiaları qəbul etmədiyinə görə zərərçəkmiş Rəhim Salmanov əsəblərinə hakim ola bilməyib və Vaqif Xaçatryanı yalan danışmaqda ittiham edib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
“Deyirdin ki “evinizi yandıracağıq, sizi buradan çıxaracağıq”. Sən guya Meşəlidə iştirak etməmisən?!” – deyə şahid deyib.
Xaçatryan isə şahidin ifadələri qarşısında yenə də Meşəli hadisələrində iştirak etmədiyini bildirib:
“Mən onda anamın yanında olmuşam”.
Zərərçəkmiş isə Xaçatryana cavab olaraq istehzalı şəkildə “anan səni yaxşı tərbiyə edib”, - deyə bildirib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Xaçatryanın vəkili Radmila Abulovadır.
Görüntüləri təqdim edirik: