Bakıda Təhsilin İnkişafı Forumu KEÇİRİLİR  

Bakıda Təhsilin İnkişafı Forumu KEÇİRİLİR  

Hazırda oxunan: Bakıda Təhsilin İnkişafı Forumu KEÇİRİLİR  

162391

Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. 

Bizim.Media xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və digər rəsmi şəxslər iştirak edib. 

Forum çərçivəsində baş tutacaq "İnnovasiya ekosisteminin yaradılması", "Universitet-sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərində təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq. 
"Təhsildən tərəqqiyə" devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət-özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO