Qaxda

Qaxda "NİVA" aşdı - ÖLƏN VAR

Hazırda oxunan: Qaxda "NİVA" aşdı - ÖLƏN VAR

162377

Qaxda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, hadisə noyabrın 1-i saat 5 radələrində Qax şəhəri ərazisində baş verib. Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

Nəticədə “Niva” markalı avtomobildəki sərnişin, 48 yaşlı Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO