Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının 9-cu toplantısı keçirilir.
Bizim.Media xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.
Əvvəlcə toplantı münasibətilə Şuşada olan qonaqlar və media mənsubları üçün Şuşa şəhərində gəzinti təşkil olunub.
Ardından toplantının əsas hissəsi başlayıb. Toplantıda TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri, mütəxəssisləri, səhnə xadimləri iştirak edir. Onlar qardaş ölkələrdə teatr sahəsinin inkişaf məsələlərini müzakirə edirlər.
Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:08 / 31.10.2023
Şuşada TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin toplantısı keçirilir - FOTO
Hazırda oxunan: Şuşada TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin toplantısı keçirilir - FOTO
Hazırda oxunan: Şuşada TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin toplantısı keçirilir - FOTO
162322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.