9 və 10 nömrəli marşrutlara niyə əlavə avtobuslar CƏLB OLUNMUR? – RƏSMİ AÇIQLAMA 

9 və 10 nömrəli marşrutlara niyə əlavə avtobuslar CƏLB OLUNMUR? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: 9 və 10 nömrəli marşrutlara niyə əlavə avtobuslar CƏLB OLUNMUR? – RƏSMİ AÇIQLAMA 

162297

9 və 10 nömrəli marşrutların intervalındakı gecikmələr sərnişinlərin şikayətlərinə səbəb olur. Belə ki, sərnişinlər tərəfindən redaksiyamıza daxil olan şikayətlərə görə, hər iki avtobus yarım saat, hətta axşam vaxtlarında isə 50 dəqiqədən çox gecikir.  

Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. 

AYNA-nın mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, 9 və 10 nömrəli marşrut xətlərinin hər birində 12 avtobus sərnişindaşımaya cəlb edilib: 
 

MÖVZU İLƏ BAĞLI:

3 marşrut avtobusu üzrə keçiriləcək müsabiqənin vaxtı açıqlandı


“Hər iki xətt üzrə avtobuslararası interval 15-20 dəqiqə təşkil edir. Xüsusən, günün pik saatlarında müşahidə edilən sıxlıq avtobuslararası intervalın artmasına səbəb olur. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, avtobus sayı gündəlik nəzarətə götürülüb. Avtobusların hərəkətində fasiləsizlik təmin edilir.  

Sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Marşrut xətlərinə nəqliyyat vasitələri əlavə olunandan sonra avtobusların daşıma imkanlarına görə yüklənmə göstəricisi hazırda 40-50% təşkil edir.
Sıxlıq artan marşrutlara avtobuslar əlavə edilir. Ümumiyyətlə təhlillər göstərir ki, hazırda Bakıda mövcud olan 180 marşrutdan yalnız 20-sində pik saatlarda sıxlıq müşahidə edilir. Bu marşrutlara da avtobuslar əlavə olunmaqdadır”. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO