Meyxanaçı Balaəlini hansı CƏZA GÖZLƏYİR?

Meyxanaçı Balaəlini hansı CƏZA GÖZLƏYİR?

Hazırda oxunan: Meyxanaçı Balaəlini hansı CƏZA GÖZLƏYİR?

162278

Sosial şəbəkələrdə meyxana ustası Balaəli Rzayevin yol hərəkəti qaydasını pozma anının videogörüntüsü yayılıb. Görüntüdən aydın olur ki, meyxana ustası “77-BM-777” dövlət nömrə nişanlı, "BMW" markalı avtomobili ilə manevr qaydasını pozub. Belə ki, sürücü dönmə işığını yandırmadan sağ zolağa keçib.

Bəs, bu qayda pozuntusuna görə Balaəli Rzayevi hansı cəza gözləyir?

Məsələyə nəqliyyat üzrə ekspert Elməddin Muradlı aydınlıq gətirdi.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Balaəli Rzayev bu manevri ilə İnzibati Xətalar Məcəlləsinin 327.1 bəndinin tələblərini pozub:

“Bu qayda pozuntusuna görə sürücü 40 manat cərimə olunur”.

Qeyd edək ki, meyxanaçı Balaəli Rzayev daha öncə də 255 min manatlıq 77-BM-777 dövlət nömrə nişanlı, "BMW" markalı yeni avtomobili ilə gündəmə gəlmişdi.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO