Pedaqoji universitetin professoru vəfat etdi – FOTO  

Pedaqoji universitetin professoru vəfat etdi – FOTO  

Hazırda oxunan: Pedaqoji universitetin professoru vəfat etdi – FOTO  

162241

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının professoru vəfat edib. 

Bu barədə Bizim.Media-ya universitetdən xəbər verilib. 

Qeyd edilib ki, ADPU-nun professoru Kamil Bəşirov uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. 1982-ci ildən APİ-nin (indiki ADPU) 2 nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. 7 kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO