''Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi. Şagird davamiyyəti 80 faizə qədərdir''.
Bizim.Media xəbər verir ki, bu məlumatı Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Nazirdən X-XI siniflərdə ənənəvi təhsilin bərpası ilə bağlı cavab - Bayramdan sonra..
Nazir qeyd edib ki, bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir.
''Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir'',- deyə E. Əmrullayev fikrini tamamlayıb.
Bizim.Media