On iki ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar AŞKARLANDI 

Hazırda oxunan: On iki ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar AŞKARLANDI 

162214

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 8 ictimai iaşə müəssisəsində monitorinqlər keçiriblər. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 12 müəssisədə nöqsanlar müəyyən olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 10, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb.

Həmin nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında //afsa.gov.az/az/xeberler/12-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-mueyyen-olunub-27-oktyabr vasitəsilə məlumat almaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO