Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi vaxtdan etibarən BMT-nin 63 əməkdaşı həlak olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilatı üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəyanatında məlumat verilib.
Bildirilib ki, son 72 saat ərzində BMT-nin 10 əməkdaşı Qəzza zolağında həlak olub.Bununla da oktyabrın 7-dən bu yana dünyasını dəyişənlərin ümumi sayı 63-ə çatıb. Həmçinin BMT-nin bölgədəki 22 əməkdaşı yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:28 / 30.10.2023
Qəzza zolağında BMT-nin 63 əməkdaşı HƏLAK OLUB
Hazırda oxunan: Qəzza zolağında BMT-nin 63 əməkdaşı HƏLAK OLUB
Hazırda oxunan: Qəzza zolağında BMT-nin 63 əməkdaşı HƏLAK OLUB
162203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.