Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, şəhər ictimaiyyəti və ziyalılar iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Recep Öztop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub.
Baş konsul bildirib ki, Azərbaycanla Türkiyə "Bir millət iki dövlət" olaraq hər zaman bir-birlərinə dəstək olub. Diplomat, Türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən danışıb.
Çıxış edən natiqlər Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Türkiyə Respublikasına davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıblar. Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.
Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu.
- A-
- A
- A+
Cəmiyyət
21:52 / 30.10.2023
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü Gəncədə qeyd olundu - FOTO
Hazırda oxunan: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü Gəncədə qeyd olundu - FOTO
Hazırda oxunan: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü Gəncədə qeyd olundu - FOTO
162200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.