BİZİM TƏQVİM: 31 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 31 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 31 oktyabrda baş vermiş tarixi hadisələr

162168

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində hücumlarını davam etdirib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd “Smerç” və iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd “Osa” zenit raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb. 

Bəs, oktyabrın 31-də dünyada daha nələr olub?

1. 1517-ci il 31 oktyabrda Martin Lüther Vittenberqdə 95 tezisini kilsə qapısından asaraq Protestantlığı elan etdi.

2. 31 oktyabr 1831-ci ildə Osmanlı imperatorluğu sərhədləri içində ilk türkcə qəzet olan “Takvimi-Vekayi” nəşrə başladı. Bu, daha çox rəsmi elanları verdiyi üçün Osmanlı dövlətinin ilk rəsmi qəzeti olaraq tarixə düşüb.

3. 1876-cı ilin 31 oktyabrında Hindistanın sahil şəhərlərini yerlə-yeksan edən qasırğada 200 min adam həyatını itirdi.

4. Türkiyədə Kahramanmaraşda 1919-cu ilin 31 oktyabrında südçü İmam Fransa işğalçılarına qarşı ilk gülləni atdı.

5. 31 oktyabr 1922-ci ildə İtaliyanın kralı Vittorio Emanuele tərəfindən Benito Mussolini ölkənin baş naziri təyin olundu.  

6. 1925-ci il 31 oktyabr tarixində İranda Beşinci Məclis Qacar sülaləsinin devrilməsi haqqında qərar qəbul etdi.

7. Dövrün Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalını milliləşdirərək gəmi keçidlərinə bağladıqdan sonra Misirlə İngiltərə və Fransa arasında böhran yaşandı. İngiltərə və Fransa kanalın təkrar açılması üçün güc tətbiq edərək 1956-cı ilin 31 oktyabrında Misiri bombaladılar.

8. 1958-ci il 31 oktyabrda Moskva Yazıçılar İttifaqının ümumi iclasında şair və nasir Boris Pasternakın ittifaqdan xaric edilməsi, sovet vətəndaşlığından və ölkədən çıxarılması barədə qərar təsdiq olundu. Sonralar İtaliyada məskunlaşan Pasternak Nobel Mükafatına layiq görüldü.

9. 1991-ci il 31 oktyabrda Cahar Dudayev başçısı olduğu Çeçenistan Muxtar Respublikasını Rusiyadan ayrı olaraq müstəqil dövlət elan etdi. Ancaq Rusiya prezidenti Boris Yeltsinçeçenlərin müstəqilliyini qəbul etmədi, bölgəyə ordu yeritdi.  

10. 31 oktyabr 1999-cu ildə Nyu-Yorkdan Qahirəyə gedən sərnişin təyyarəsi Atlantik okeanına düşdü, 217 adam həyatını itirdi.

11. 2003-cü ilin bu günündə ilk dəfə Azərbaycan Respublikasına Prezident seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilib.

12. 31 oktyabr 2006-cı ildə Gəncə Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Gəncədə aeroport ilk dəfə 1948-ci ildə tikilib və 1951-ci ildə istifadəyə verilib. 

31 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Ağa Nemətulla 1896-cı ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. Qabaqcıl iş üsullarını tətbiq etmək və texnoloji prosesləri təkmilləşdirməklə neft quyularının qazılmasında rekord nəticələrə nail olan Ağa Nemətulla 1941-ci ildə Bibiheybətdə ilk dəfə turbin üsulu ilə quyu qazıb. (1896-1958)

2. SSRİ-nin tanınmış kino aktyoru Anatoli Papanov 1922-ci ilin 31 oktyabrında anadan olub. O məşhur “Nu poqodi” (Bir dayan) cizgi film serialında canavarı səsləndirib. (1922-1987)

3. Bu gün Hindistanın görkəmli dövlət və siyasi xadimi İndira Qandinin xatirə günüdür.  İndira Qandi öz cangüdənləri - iki Sih mühafizəçisi tərəfindən 1984-cü ilin 31 oktyabrında qətlə yetirilib. (1917-1984)

4. 31 oktyabrda məşhur İtaliya kinorejissoru və ssenari müəllifi Federiko Fellini xatırlanır.  22 yaşından (1942) kinoya gələn Felliniyə “Ağ şeyx”, “Ana uşaqları” və “Yol” filmləri dünya şöhrəti gətirib. “Kabiliyanın gecələri” və sonrakı filmlərində müasir Qərb dünyasının təzadları əks olunub.(1920-1993)

5. 31 oktyabr 1910-cu ildə Əməkdar artist Ağa Məmmədov (1910-1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tiflis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.

6. 31 oktyabr 1953-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub.

7. AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Köçərli 2007-ci ilin bu günündə dünyasını dəyişib (11.02.1929- 2007).

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO