Vətən müharibəsinin xronikası: 30 oktyabr

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Hazırda oxunan: Vətən müharibəsinin xronikası: 30 oktyabr

162111

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bizim.Media 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 34-cü günü

• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən Ermənistan ordusunun bölmələri geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki Su-25 təyyarəsi, üç T-72 tankı, bir PDM, iki “Smerç” və bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 müxtəlif tipli topu, iki “Qvozdika” özüyeriyən haubitsası, bir “Osa” ZRK, bir P-18 radiolokasiya stansiyası, dörd avtomobil texnikası sıradan çıxarılıb. 

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb.

• Bölmələrimiz Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemini, Bərdə və Tərtər şəhərlərinə atəş açan iki “Smerç” sistemini, bir “Osa” zenit-raket kompleksini məhv ediblər.

• Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.

• Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktları üzrə 52 cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Dövlət Bayrağı işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində ucaldılıb və onlar xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO