Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Fəxriyyə Lilparın müəllifi olduğu verilişinin növbəti buraxılışı efirə gedib.
Bizim.Media xəbər verir ki, veriliş İkinci Dünya müharibəsində SSRİ uğrunda döyüşən qərbi azərbaycanlı qəhrəmana həsr olunub.
İkinci Dünya müharibəsinin sonunda Reyxstaqa qələbə bayrağını kim sancıb? Rus Yeqorov, gürcü Kantariya, yoxsa Qərbi Azərbaycanın Vedibasar mahalından olan Mirzə Hüseynov?
Şahid veteran Şahbaz Hüseynov iddia edir ki, Reyxstaqa qələbə bayrağını onun komandiri, vedili Mirzə Hüseynov sancıb. Lakin sovet rejiminin hərbi rəhbərləri bu hadisənin azərbaycanlı bir hərbçinin adı ilə əlaqələndirilməsini istəməyiblər. Onun sözlərinə görə, müharibə müddətində heç bir yerindən yaralanmayan qəhrəman Mirzə Hüseynov məhz bu səbəbdən də qələbə günü bayrağı sancarkən polkovnik rütbəli rus hərbçi tərəfindən güllələnib. Bunu görən Şahbaz da həmin polkovniki güllələyib və həbs olunub.
Bir müddət sonra həbsxanadan çıxmaq şansı yaranan Şahbaz Hüseynovun qəhrəmanlığı ulu öndər Heydər Əliyevin diqqətindən yayınmayıb və onunla görüşüb, bütün bu hadisələrin təfərrüatını öyrənib.
Ümummilli lider Ş.Hüseynovun qəhrəmanlığını yüksək qiymətləndirib, onu zaman- zaman “Qırmızı ulduz”, “İgidliyə görə”, ”Qafqazın qəhrəman müdafiəçisi”, “Əmək rəşadəti”, “Şərəf nişanı” orden və medalları ilə təltif edib.
- A-
- A
- A+
Cəmiyyət
22:25 / 29.10.2023
Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
Hazırda oxunan: Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
Hazırda oxunan: Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
162052
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.