Bir qrup şəhid ailəsi Türkiyədədir - FOTO

Bir qrup şəhid ailəsi Türkiyədədir - FOTO

Hazırda oxunan: Bir qrup şəhid ailəsi Türkiyədədir - FOTO

162016

Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyə Respublikasına səfəri təşkil olunub. 

Bizim.Media Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində şəhid ailələri Kayseri şəhərində qardaş ölkənin şəhid olan hərbi qulluqçularının ailələri və şəhər rəsmiləri ilə görüşüblər. 

Bundan başqa, şəhidlərimizin ailə üzvləri Kayseri şəhərinin görməli yerlərində olub, tarixi abidələri, Xocalı parkını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eləcə də qardaş ölkənin şəhid olan hərbi qulluqçularının məzarlarını ziyarət ediblər.






















Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO