44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr

Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr

161973

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.

- Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb.

- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Xəbərdə deyilir ki, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO