Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər ediləcəyi gözlənilir. Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə APA-ya tibbi mənbələrdən məlumat daxil olub.
Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır.
MÖVZU İLƏ BAĞLI:
Aprelin 5-dən SMS icazəyə münasibət – “Əsas işimiz karantin qaydalarını sərtləşdirməkdir”
Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir.
Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu bildirmişdi.
Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin vaksinləşmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin vaksinləşmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.
Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur. Azərbaycan dövləti bu proses üçün Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan 4 milyon ədəd “CoronaVac” vaksinini ölkəyə gətirib.
Bizim.Media