Bakı hava limanı payız-qış uçuş cədvəlinə KEÇİR 

Bakı hava limanı payız-qış uçuş cədvəlinə KEÇİR 

Hazırda oxunan: Bakı hava limanı payız-qış uçuş cədvəlinə KEÇİR 

161867

Sabahdan Heydər Əliyev Beynəlxalq Aeroportu gələn il martın 30-na qədər payız-qış uçuş cədvəlinə keçir. 

Bizim.Media bu barədə hava limanına istinadən xəbər verir. 

Məlumata görə, bu müddətdə Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetirəcək. 

Payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək. 
"Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri tətbiq etməyə davam edir", - deyə məlumatda qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO