Bu ilin 9 ayında Azərbaycanda ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb.
Bizim.Media xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən kollegiya iclasında deyib.
Nazir bildirib ki, Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.
Qəsdən sağlamlığa ağır zərər vurmaların, xuliqanlıqların, quldurluqların, dələduzluqların, hədə-qorxu ilə tələb etmələrin, soyğunçuluqların və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.
Odlu silahın tətbiqi ilə törədilən cinayətlər, oğurluqlar, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, avtonəqliyyat vasitəsinin qaçırılması faktlarının sayı azalıb.
Nazir daha sonra bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:39 / 28.10.2023
Bu il ölkəmizdə törədilən cinayətlərin 88,6 faizinin üstü açılıb
Hazırda oxunan: Bu il ölkəmizdə törədilən cinayətlərin 88,6 faizinin üstü açılıb
Hazırda oxunan: Bu il ölkəmizdə törədilən cinayətlərin 88,6 faizinin üstü açılıb
161848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.