Azərbaycanda 4 yayım operatorunun lisenziyası LƏĞV OLUNDU  

Azərbaycanda 4 yayım operatorunun lisenziyası LƏĞV OLUNDU  

Hazırda oxunan: Azərbaycanda 4 yayım operatorunun lisenziyası LƏĞV OLUNDU  

161773

Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya Audiovizual Şuradan bildirilib. 

Qeyd edilib ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub. 
İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib.

Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən "RA Technologies" MMC-nin də lisenziyası ləğv olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO