Gülər Mübariz: “Ənənəvi tərbiyə üsulunun yeni nəsil uşaqlarda təsirinin olmadığına şahidi oluruq”

Gülər Mübariz: “Ənənəvi tərbiyə üsulunun yeni nəsil uşaqlarda təsirinin olmadığına şahidi oluruq”

Hazırda oxunan: Gülər Mübariz: “Ənənəvi tərbiyə üsulunun yeni nəsil uşaqlarda təsirinin olmadığına şahidi oluruq”

161740

Əsrimizin texnologiya əsri, dünyamızın zaman keçdikcə daha da müxtəlif formalarda inkişafının şəxsi həyatımıza,ailəmizə təsirini hər birimiz hiss edirik. Daha çox da bu dəyişikliyin uşaqlarımızın formalaşmasında özünü biruzə verdiyini görürük. 

Çox valideynləri narahat edən bir sual var: erkən yaşdan övladlarını bu dəyişimin müsbət tərəflərindən yararlanaraq yükləmə potensialını necə artırmaq olar? 

Bəs o zaman uşaqların inkişaf baxımından yüksəlməsi üçün necə bir yol, hansı xətt seçilməlidir? 

Bizim.Media “vətəninfo.az”a istinadən xəbər verir ki, uşaqları daimi dəyişən dünyaya hazırlamağın ən yaxşı yolu ilə bağlı ekspert Gülər Mübariz müsahibəsində bildirib ki, uşaqların yüksəlmə potensialını artırmaq üçün qərar vermə sxemləri tətbiq etmək əvəzinə uşağın düşünmə qabiliyyətini artırmağa daha çox köklənmək lazımdır: 

Ekspert mövzumuza fikir bildirərkən vurğulayıb ki, uşaqların gələcəyə aid maraqlarının, doğru istiqamətin formalaşmasında həm müəllimlərin, həm də valideynlərin təsiri olur. Bu təsiri formalaşdıran iki güclü amilin başlıcası isə valideynlərdir.
Bu yolda bəzən valideynlər yalnış yola baş vursalar da, bu sahədə maariflənmək yolu ilə daha düzgün qərarlar ala bilərlər. Öyrənilmiş və ya alışılmış ənənəvi tərbiyə üsulunun artıq yeni nəsil uşaqlarda təsirinin olmadığının hər keçən gün daha artıq şahidi oluruq.

Gündən-günə yeniliklərlə irəliyə doğru vüsət alan, dəyişən və texnoloji ixtiralarla möcüzələrə imza atan cəmiyyətimizdə yetişən uşaqların tələbatları, düşünmə tərzləri, anlayış üsulları da tam fərqli olur. 

Uşaqlar məlumatı çox yaxşı şəkildə mənimsəməklə yanaşı eyni zamanda onu az da olsa təhlil etmək bacarığına malikdirlər. Uşaqlara istənilən bir məlumatın, informasiyanın ötürülməsində müxtəlif üsullardan istifadə edildikdə neyron şəbəkəsi də yaxşı inkişaf edir. 

Yəni audio və ya vizual üsullar. Yaxud “qoyun toxunsun!” 

Bu zaman hər şey daha yaxşı formada uşaqların beyninə hopur. Çoxlu neyron əlaqələri yaranır və uşaq məlumatı müxtəlif yollarla öyrənməyə alışmış olur. 

Çeşidlilik neyron şəbəkəsinə elastiklik verir ki, bu da getdikcə daha az elastik olan fərd üçün uyğunlaşmanı asanlaşdırır. Ümumiyyətlə, bütün tədris uşağın rahat uyğunlaşmasına , doğru üsulla qavramasına, anlaşılan olmasına yönəlir. 
Gülər Mübariz qeyd edir ki,”uşaqlarda məlumat həddən artıqdır və müasir uşaqlar hansı məlumatı götürüb, hansını götürməmək barədə əmin deyillər. Biz yorğun olduğumuz və ya bəzən öyrənməyə tənbəllik etdiyimiz halda, onlarda hər şeyi qavramaq üçün uşaq meyli və enerjisi mövcuddur.

Bu onlar üçün təbii bir haldır. Nəzərə almaq lazımdır ki, onların yaşında bizim öyrənmək üçün bu qədər materialımız- bu qədər geniş informasiya bazamız yox idi.” 
Hazırki dövrdə isə- yaşadığımız texnologiya dövründə hər şey sürətlə dəyişir. Biz də uşağı sürətli uyğunlaşmağa hazırlamalıyıq ki, davamlı olaraq dəyişən sistemlə ayaqlaşmağı bacarsın. 

Ən ideal variant isə onu yaşamaqdır. Əgər oyunda bunu etmək mümkündürsə, psixologiyasına zərər gəlməyəcək şəkildə, müəyyən çərçivə daxilində bunu şamil etmək olar. Zaman bunu tələb edir və əsas məsələ budur ki, bu metodu sevməsək də bu yolu keçməyə məcbur oluruq.

Yeni vərdişlərin uşaqlara təsir etdiyi bəzi mənfi hallardan qoruna bilsək, bunu nəzarətdə saxlamağı bacarsaq, bu yan təsirlərdən ən az zərərlə qurtula bilərik.

Yetər ki, qayğı çərçivəsində olan diqqət və nəzarətimizi uşaqdan əsirgəməyək. Və bu nəzarəti ona nəvaziş halında göstərə bilək. 

Müasir dünyanın tələbatına uyğunlaşmasaq, uşaqlarımızı buna uyğun formalaşdırmasaq, gələcəkdə onun axarında yönlərini itirə və zərərə uğraya bilərlər. Bu zərər çox zaman mənəvi olsa da, fiziki zərərlər də qaçınılmaz olur. 

Məsələn, bir çox hallarda bu, uşaqlarda sosial qarşılıqlı əlaqədə olmaq üçün motivasiyanın olmaması və ya tək fəaliyyətlərə üstünlük verilməsi ilə nəticələnir. Yekun olaraq, həm özü-özünə, həm də cəmiyyətə yararsız olan -assosial gənclər formalaşa bilir. 
Bunun qarşısını almaq üçün uşaqlarda mütləq şəkildə dostlarla müzakirə etmək vərdişini formalaşdırmaq, inkişaf etdirmək lazımdır. Ancaq bu kimi hallarda bir növ ünsiyyət qurmağı bacarmayan, hərəkətləri və təcrübəsi müəyyən sərhəddə bağlı olan uşaqların psixologiyası qaydasına düşür və bu eyni zamanda bu uşaqlarda yuksəlmə potensialını, yaşamaq həvəsini, gələcəyə iddialılığını artırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO