Gəncədə və Tovuzda itkin düşən 14 yaşlı qızlar TAPILDI - YENİLƏNİB

Gəncədə və Tovuzda itkin düşən 14 yaşlı qızlar TAPILDI - YENİLƏNİB

Hazırda oxunan: Gəncədə və Tovuzda itkin düşən 14 yaşlı qızlar TAPILDI - YENİLƏNİB

161720

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. 

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib. 
 
*** 09:48

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. 

Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır. 

Digər hadisə isə Tovuzda baş verib. 2009-cu il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. 
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO