Şəkidə bir gündə iki qətl törədilib. Cinayət hadisələrindən biri Şəki şəhərində digər isə rayonun Aşağı Küngüt kəndi ərazisində baş verib.
Bizim.Media-nın yerli bürosu hər iki cinayət hadisəsinin ilkin təfərrüatları haqda məlumatlar əldə edib.
Mağazada bir-birinə toxunma və qanlı sonluq.
Şəki şəhərindəki ilk cinayət hadisəsi tarixi məkanlarından olan “Yuxarı Baş” Tarix Memarlıq Qoruğunun ərazisində, M.F. Axundzadə prospektində qeydə alınıb. 16 yaşlı yeniyetmə özündən 19 yaş böyüş şəxsi bıçaqlayaraq öldürüb.
Hadisə şahidlərinin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxs 35 yaşlı kişini yaşadığı evin yaxınlığında qətlə yetirib. Yetkinlik yaşına çatmayan Samir Babayev ad (şərti) 35 yaşlı Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən Tehran Mustafayevin atası Qüdrət Mustafayev bildirib ki, oğlu Xan Sarayı ərazisində halva satışı ilə məşğul olub. O, hadisəyə səbəb kimi oğlu ilə hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə arasında yaranan mübahisəni göstərir.
Onun sözlərinə görə, yeniyetmə ailəsi ilə birlikdə mağaza işlədir. Oğlu Tehran da tez-tez mağazaya gedərək alış-veriş edib:
“Nə baş veribsə, elə mağazada olub və daha sonra qətllə sonlanıb”.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən yeniyetmə evin tək oğlu olub. Qətlə yetirilən Tehran Mustafayev də ailənin tək oğul övladı olub. Onun 2 övladı var.
Kürəkən-qayın duelinin acı nəticəsi.
İkinci qətl hadisəsi isə qeyd etdiyimiz kimi rayonun Aşağı Küngüt kəndi ərazisində baş verib. Belə ki, Şəki rayon Aşağı Küngüt kənd sakini 35 yaşlı Cavid İsayev aralarında yaranmış mübahisə zamanı qohumu, 41 yaşlı Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək öldürüb.
Araşdırmalarla məlum olub ki, Asif Həşimov Aşağı Küngüt kəndindən olan xanımla ailə qurduqdan sonra bu kənddə müxtəlif evlərdə kirayə yaşayıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən Cavid İsayev qətlə yetirdiyi Asifin həyat yoldaşının qardaşıdır.
Kənd sakinlərinin sözlərinə görə, bu vaxta qədər kürəkən və qayın arasında hər hansı bir ədavət haqda eşitməyiblər. Kənd sakinləri onu da bildirib ki, Asif Həşimov və Cavid İsayev kənd ərazisində mübahisə etdikdən sonra məsələni aydınlaşdırmaq üçün avtomobillə kənddən uzaqlaşıblar. Hadisə də həmin ərazidə baş verib.
Hər iki qətl hadisəsi araşdırılır.
Faktlarla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Şəki Rayon Prokurorluğunun böyük müstəntiqi Abbas Qarayev bildirib ki, qətli törədən hər iki şəxs şübhəli qismində tutulub.
Hadisə yeri ekspertizidan keçirilib, lazımı istintaq hərəkətləri aparılıb. Hazırda ibtidai istintaq davam edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:33 / 26.10.2023
Şəkidə bir gündə iki QƏTL: TƏFƏRRÜATLAR - FOTO
Hazırda oxunan: Şəkidə bir gündə iki QƏTL: TƏFƏRRÜATLAR - FOTO
Hazırda oxunan: Şəkidə bir gündə iki QƏTL: TƏFƏRRÜATLAR - FOTO
161685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.