Gəncədə qətl törədən şəxslər MƏHKƏMƏ QARŞISINDA

Gəncədə qətl törədən şəxslər MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Gəncədə qətl törədən şəxslər MƏHKƏMƏ QARŞISINDA

161660

Gəncə şəhər sakini Niyazi Bayramovun qəsdən öldürülməsi, qardaşı Kamal Bayramova isə çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.

İstintaqla Ayxan Bayramovun tanışları Murad Nəcəfov və Seymur Abdullayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Niyazi Bayramovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək  xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, sonuncunun qardaşı Kamal Bayramovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ayxan Bayramov, Murad Nəcəfov və Seymur Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO