MTRŞ Bizim.Media-ya SÖZ VERDİ - Qanunları pozan şirkət və media qurumu cəzalanacaq

MTRŞ Bizim.Media-ya SÖZ VERDİ - Qanunları pozan şirkət və media qurumu cəzalanacaq

Hazırda oxunan: MTRŞ Bizim.Media-ya SÖZ VERDİ - Qanunları pozan şirkət və media qurumu cəzalanacaq

16166

Tanınmış avtomobil şirkəti olan “Range Rover”in Azərbaycan qanunlarını pozması ilə bağlı xəbər vermişdik. Şirkət rəsmi saytında, 107.7 - AVTO FM dalğasında, eləcə də digər kütləvi informasiya vasitələrində "Range Rover” avtomobilinin satışını, reklamını və ödəniş sistemini qanunvericiliklə məsuliyyət yaradan xarici valyuta olan dollarla həyata keçirir.

Halbuki Mülki Məcəllənin tələbinə görə, malların qiymətləri istər satış zamanı, istərsə də reklam olunarkən manatla göstərilməlidir. 

Təxminən 79 min dollardan başlayaraq təklif olunan avtomobilin 107.7 - AVTO FM-də bir neçə gün əvvəl açıq reklamı gedib. KİV-də reklam fəaliyyətinin tənzimlənməsi, “Reklam haqqında” qanunu, Azərbaycan Konstitusiyasının, İnzibati Xətalar Məcəlləsinin, eləcə də Dövlət Vergi Xidmətinin tələblərini kobud şəkildə pozan media qurumlarının  bu addımı ciddi müzakirə yaradıb.

Eyni zamanda müvafiq müddəalarını pozan şirkətin və dollarla reklamı gedən media qurumlarının cəzalandırılması tələbi irəli sürülüb. 

Bununla bağlı ötən saylarımızdakı yazılarda “Range Rover”in satışının KİV-də təşkili və dollarla reklam olunmasının Milli Televiziya və Radio Şurasının (MTRŞ) cavabdehliyində olduğunu bildirmişdik. Amma məsələyə hər hansı reaksiya verilməmişdi. 

Bizim.Media yenidən Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə yaradıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış avtomobil şirkəti qanunu pozur – Cəzalanan olacaqmı? - FOTO


MTRŞ-nın aparat rəhbəri Fazil Novruzov saytımıza açıqlamasında məsələni araşdıracaqlarına söz verib:

“Dediyiniz məsələni araşdırıb sizə məlumat verərik. Qurumumuzun Monitorinq qrupuna hər hansı məlumat gəlməyib. Çünki bayramla əlaqədar işə yeni çıxıblar. Elə bir məlumat olarsa, baxılacaq və müvafiq qərarlar qəbul olunacaq”.

Qeyd edək ki, Azərbaycanda Konstitusiyaya əsasən ödəniş vasitəsi kimi yalnız milli pul vahidi olan manatdan istifadə olunur. Konstitusiyanın 19-cu Maddəsində yazılır: 

1. Azərbaycan Respublikasının pul vahidi manatdır. 

2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.

3. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. 

2015-ci il mayın 15-də qüvvəyə minmiş “Reklam haqqında” qanunun 4-cü maddəsinin (Reklama dair tələblər) 4.9 bəndinə əsasən reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.

“Reklam haqqında” qanunda yazılıb ki, bütün məhsulların qiymətləri milli valyutada göstərilməlidir.

Bundan əlavə Azərbaycanda “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanun da fəaliyyət göstərir.

Bu qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu ifadə edən 13-cü maddəsində göstərilib ki, satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO