Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan "TOS-1A" odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və "Faqot" tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.
"Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur", - nazirlikdən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 26.10.2023
MN-dən Qarabağda aşkarlanan sursatlarla bağlı MÜHÜM FAKTLAR– FOTO
Hazırda oxunan: MN-dən Qarabağda aşkarlanan sursatlarla bağlı MÜHÜM FAKTLAR– FOTO
Hazırda oxunan: MN-dən Qarabağda aşkarlanan sursatlarla bağlı MÜHÜM FAKTLAR– FOTO
161613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.