Yeni TARİF mexanizmi - Sərnişinlər getdiyi yol qədər ödəniş edəcəklər? – RƏSMİ CAVAB

Yeni TARİF mexanizmi - Sərnişinlər getdiyi yol qədər ödəniş edəcəklər? – RƏSMİ CAVAB

Hazırda oxunan: Yeni TARİF mexanizmi - Sərnişinlər getdiyi yol qədər ödəniş edəcəklər? – RƏSMİ CAVAB

16159

İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiq ediləcəyi ilə bağlı məlumatlar dolaşır. Mexanizmə əsasən, avtobus və metroda sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər.

Belə ki, qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişin eyni məbləği ödəməyəcək. “BakıKart”da balans sistemi elə tənzimlənəcək ki, sərnişinlər getdiyi yol qədər ödəniş edəcəklər. Bəzi xarici ölkələrdə ictimai nəqliyyatla bağlı fərqli mexanizm tətbiq edilir.

Bir çox ölkələrdə, xüsuilə Londonda sərnişinin ödədiyi gediş haqqı məsafəyə görədir. Azərbaycanda isə belə deyil.  

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında belə bir qərarın olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Aprelin 5-dən SMS icazəyə münasibət – “Əsas işimiz karantin qaydalarını sərtləşdirməkdir”


“Yekdil qərar yoxdur. Sadəcə ötən il Nazirlər Kabinetinin ictimai nəqliyyatda gediş haqqı ilə bağlı qərarı var idi. Ondan əlavə heç bir məlumatım yoxdur”.

Qurum rəsmisinin sözlərinə görə, sözügedən tarif mexanizminin tətbiqi differensial ödəniş sistemidir:

“Bu sistem London və digər ölkələrdə var. Orada fərqli yanaşma, texnoloji prinsiplər və texniki məsələlər həyata keçir. “Bu gün dedik və sabah tətbiq etdik” məsələsinə oxşamır. İstənilən halda rəsmi sorğu göndərin və rəhbərlik müvafiq sualları cavablandırsın”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə qurumun Tarif Şurasına bu barədə müraciət etmədiyini deyib. 

Xatırladaq ki, bir müddət əvvəl ictimai nəqliyyatda yeni tarif mexaniziminin tətbiq olunacağı bildirilmişdi. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir. Sənədə əsasən bu sahədə “mütərəqqi beynəlxalq təcrübə” nəzərə alınacaq. Qeyd olunur ki, ölkəmizdə ictimai nəqliyyatda (şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus nəqliyyatında) sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən vahid standart tariflərin tətbiqi siyasəti nəzərə alınmaqla həyata keçirilir.

"Bu yanaşma ictimai nəqliyyatda xidmətlə bağlı nağdsız ödəniş sisteminə keçidin tamamlanmaması, sərnişindaşıma xidməti göstərən aidiyyəti subyektlərin bu sistemə keçidlə bağlı texniki hazırlıqların başa çatdırılmaması və sair bu kimi məsələlərlə əlaqələndirilir.

O da qeyd olunmuşdu ki, ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür. 

Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO