Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ: “Artıq sənədlər...”

Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ: “Artıq sənədlər...”

Hazırda oxunan: Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ: “Artıq sənədlər...”

161587

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. İqtisadçı Natiq Cəfərli yeni qərarın mahiyyətini Bizim.Media-ya şərh edib. O qeyd edib ki, proses daha da asanlaşdırılıb:

“Bəzi sənədlər əvvəllər fiziki olaraq təqdim olunurdu. Nazirlər Kabinetinin yeni qərarına əsasən dövlət portalında olan informasiyanın ayrı bir sənəd kimi təqdim edilməsinə ehtiyac qalmayacaq. Müraciətlərin elektronlaşdırılması yolunda növbəti addım atıldı və proses daha da asanlaşacaq.

Müraciətlərin özünə baxılması ilə bağlı qaydalarda da dəyişiklik edilsə, daha yaxşı olar. Hələ də vətəndaşın adına kiçik torpaq sahəsi və ya avtomobil olanda çox zaman imtina gəlir. Elə vətəndaşlar var ki, 90-cı illərdən adına avtomobil və ya torpaq sahəsi olub. Bu isə sosial yardım məsələlərində əngəl yaradır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO