Zaman-zaman hər hansı şəxsin öz işini qeyri-leqal yollarla həll etmək üçün heç tanımadığı birisinə külli miqdarda pul verməsinin və çoxunda da aldanmasının şahidi oluruq. Azərbaycan cəmiyyətində birinə rahat etibar etmək demək olar ki, ənənə halını alıb.
Bəs, buna səbəb nədir?
Bunun səbəbləri haqqında fikirlərini psixoloq Elnur Rüstəmov Bizim.Media ilə bölüşüb.
Psixoloq bildirib ki, dünyanın hər yerində bu problem var:
“Müxtəlif miqyasda bu cür problemlərin baş verdiyini ən azından mətbuatdan oxuyuruq. Aldadan şəxslərin dələduzluq psixologiyası olur. Buna görə də, fırıldaqçılıqla məşğul olan şəxslər qarşısındakının təlaşını, narahatlığını anlayıb ona yalan vədlər verirlər, yəni həmin şəxin problemini həll edə biləcək adamlarla münasibətinin olduğunu bildirərək, onların etibarını qazanıb, dolayısı ilə maddi qarşılıq müqabilində məsələni həll edəcəyini söyləyirlər.
Hansı ki, sonda problem həll olunmur, təkrar yeni bir cinayət başlayır. İnsanlar daha çox münasibətlərdə qanunlara istinad etməlidirlər. Hüquqi şüur inkişaf etməlidir.
İnsanda psixoloji dayanıqlılıq nə qədər möhkəmdirsə, kimin özgüvəni yerində, dünyagörüşü geniş olarsa, o insanın aldanmaq təhlükəsi azdır. Ona görə də hər kəs diqqətli olmalı, münasibətlərdə məsələnin qanuni tərəfinə istinad etməlidir”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 26.10.2023
Əksəriyyət niyə fırıldaqçılara inanmağa MEYİLLİDİR? – Psixoloqdan MARAQLI AÇIQLAMA
Hazırda oxunan: Əksəriyyət niyə fırıldaqçılara inanmağa MEYİLLİDİR? – Psixoloqdan MARAQLI AÇIQLAMA
Hazırda oxunan: Əksəriyyət niyə fırıldaqçılara inanmağa MEYİLLİDİR? – Psixoloqdan MARAQLI AÇIQLAMA
161492
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.