Dönərdən zəhərlənən məktəblinin ANASI – “Oğlum hər gün dönər alıb məktəbə gedir”

Dönərdən zəhərlənən məktəblinin ANASI – “Oğlum hər gün dönər alıb məktəbə gedir”

Hazırda oxunan: Dönərdən zəhərlənən məktəblinin ANASI – “Oğlum hər gün dönər alıb məktəbə gedir”

161481

“Dönərxana məktəbə bitişikdi. Oğlum həmişə dönər alıb məktəbə gedirdi. Belə hadisə baş verməmişdi. Dünən günorta dönər alıb, yeyib və sonra məktəbə daxil olub. Bir neçə saatdan sonra vəziyyəti ağırlaşıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında dönərdən zəhərlənən 149 saylı məktəbin 5-ci sinif şagirdi Rəvan Əsgərlinin anası Vüsalə Əsgərova qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO


O, hazırda oğlunun durumunun normallaşdığını bildirib:

“Dünən saat 5-ə qalmış uşağın müəlliməsi zəng vurdu ki, Rəvanın halı pisləşib. Mən özümü məktəbə çatdırana qədər təcili tibbi yardımla Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır idi, temperaturu 35-ə düşmüşdü. Sistem olunandan sonra mədəsi yuyuldu. Hazırda vəziyyəti yaxşıdır. Həkim sabah Rəvanı evə buraxacağını deyib”.

Xatırladaq ki, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Bir uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün evə buraxılıb. Digərlərinin vəziyyəti stabildir.

Məlumat üçün bildirək ki, toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən "Şah dönər" ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub və dönərxananın fəaliyyəti dayandırılıb.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO