Ötən il bölgələrdə 269 erkən evliliyin qarşısı ALINIB – RƏSMİ  

Ötən il bölgələrdə 269 erkən evliliyin qarşısı ALINIB – RƏSMİ  

Hazırda oxunan: Ötən il bölgələrdə 269 erkən evliliyin qarşısı ALINIB – RƏSMİ  

161424

Ötən il Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb. 

Qeyd edilib ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib. 

Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. Hesabat ili ərzində erkən evliliyin qarşısının alınması ilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən maarifləndirici tədbirlər keçirir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO