Gəncədə çörək istehsalı müəssisəsində nöqsanlar AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Gəncədə çörək istehsalı müəssisəsində nöqsanlar AŞKARLANDI - FOTO 

161412

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı çörək istehsalı müəssisəsinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, istifadə olunan alət, avadanlıq və ləvazimatların müvafiq şəraitdə saxlanılıb dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələrilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. 

Araşdırmalar davam etdirilir. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO