Lənkəranda

Lənkəranda "VAZ 21014"  çay yatağına aşıb, ölən və yaralı var - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Lənkəranda "VAZ 21014"  çay yatağına aşıb, ölən və yaralı var - YENİLƏNİB - FOTO

161340

Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ 21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb. 

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır. 

*** 18:37

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda, Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb.  

Nəqliyyat vasitəsinin dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hazırda onların kimliyi müəyyənləşdirilr. 
Faktla bağlı araşdırma aparılır. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO