Göyçay rayonunda insan sümükləri aşkar edildi - ARAŞDIRMA APARILIR

Göyçay rayonunda insan sümükləri aşkar edildi - ARAŞDIRMA APARILIR

Hazırda oxunan: Göyçay rayonunda insan sümükləri aşkar edildi - ARAŞDIRMA APARILIR

161302

Oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində  insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki,  bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb.
Eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Fakla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO